Loading...

Royal Canin Maxi Puppy

In Stock (15 məhsul)
190.00Azn

Böyük cins bala it üçün quru yem Ətraflı oxu

Seçim

Bitib

Məhsulun təsviri

Royal Canin Maxi Puppy Böyük cins bala it üçün quru yem. 2 aydan 15 aya qədər böyük cins bala itlər üçün (yetkin itin çəkisi 26-44 kq) tam rasionlu quru yem. Böyümə mərhələsi bala itin immunitetinin formalaşmasında əsas dövrdür. Bu mərhələdə bala itinin immun sistemi tədricən inkişaf edir. Maxi Puppy yemi, vitamin E daxil olmaqla, antioksidantların patentli * kompleksi sayəsində bala itin orqanizminin təbii müdafiə mexanizmlərinin formalaşmasına imkan yaradır. Yüksək keyfiyyətli zülallar (LIP *) və prebiotiklər (fruktoliqosaxaridlər) tərkibli qidalandırıcı kompleks bağırsaq florasının balansını və nəcisin optimal konsistensiyasını qoruyaraq həzm sisteminə faydalı təsir göstərir. Orta kalori dərəcəsi böyümə müddətində böyük cins bala itlərin enerji ehtiyaclarını qarşılayır.

*Yüksək həzm dərəcəli xüsusi seçilmiş zülallar.

Tərkibi

Heyvan mənşəli dehidratlaşdırılmış zülallar (quş əti), düyü, dənli un, heyvan mənşəli dehidratlaşdırılmış zülallar (donuz əti), heyvan piyləri, bitki mənşəli zülal izolatı*, bitki lifi, buğda, mineral maddələr, buğda unu, heyvan zülalı hidrolizatı (dadvericilər), soya yağı, balıq yağı, bağayarpağının qabığı və toxumları, fruktooliqosaxaridlər (0,34%), maya hidrolizatı (mannan oliqosaxaridlər mənbəyi), maya ekstraktları (beta-qlükanlar mənbəyi), Tagetes erecta ekstraktı (lüteyin mənbəyi), xərçəngkimilərin qabığının hidrolizatı (qlükozamin mənbəyi), qığırdaq hidrolizatı (xondroitin mənbəyi).

İstehsalçı ölkə:
Fransa
Texniki xüsusiyyətlər Təsvir
Zülal: 30%
Yağ: 16%
Lif: 2.7%
Kül: 7.8%

Latest Reviews

No Review
0

You May Also Like

Online Saytımız Təzliklə Xidmətinizdə

Online Saytımız Təzliklə Xidmətinizdə